Son dəqiqə

Azərbaycan Ermənistan ABŞ Cənubi Qafqaz Hikmət Hacıyev Armen Qriqoryan Qətər Vaşinqton Doha David Hearst

Hikmət Hacıyev və Armen Qriqoryan panel müzakirəsində iştirak ediblər

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birlikdə “Doha Forumu” çərçivəsində “Ermənistan-Azərbaycan davamlı sülhü: Vaşinqton sazişi və birgə gələcək” mövzusunda panel müzakirəsində iştirak edib.

TurkicWorld xəbər verir ki, Hikmət Hacıyev bu barədə "X" hesabında paylaşım edib.

""Dohа Forumu" çərçivəsində mən və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Ermənistan–Azərbaycan Davamlı Sülh: Vaşinqton Sazişi və Ortaq Gələcək” adlı paneldə moderator David Hearst ilə birlikdə iştirak etdik.

Biz Vaşinqton razılaşmalarının icrası istiqamətində atılmış addımları, o cümlədən sülhün iqtisadi faydaları, əlaqə və kommunikasiya imkanları, etimad quruculuğu tədbirləri və s. barədə müzakirə apardıq. Azərbaycanın Cənubi Qafqaz regionunu davamlı sülh və rifah zonasına çevirmək istiqamətində olan güclü niyyətini vurğuladım.

Mövzuya görə xəbərlər