BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətər Əmirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Məhəmməd bin Əhməd Al-Misnad ilə görüşüb.
TurkicWorld xəbər verir ki, Hikmət Hacıyev bu barədə "X" hesabında paylaşım edib.
"Bu gün Qətər Əmirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, qardaşım Məhəmməd bin Əhməd Al-Misnad ilə görüşdüm.
Görüşdə iki ölkə arasındakı münasibətlər, həmçinin regional və beynəlxalq inkişaflar müzakirə edildi", - deyə paylaşımda qeyd olunub.







