Son dəqiqə

ASELSAN TUSAŞ Havelsan ROKETSAN

Türkiyənin üç şirkəti Defense News jurnalının ən yaxşı 100 müdafiə şirkəti arasında yer almağa layiq görülüb

Bakı. TurkicWorld:

Türkiyə müdafiə sənayesinin üç şirkəti ABŞ-ın “Defense News” jurnalının müdafiə satışlarına görə nəşr etdiyi dünyanın ən yaxşı 100 müdafiə şirkəti arasında yer almağa layiq görülüb. TurkicWorld-un məlumatına görə, ASELSAN, TUSAŞ və ROKETSAN şirkətləri “Defense News Top 100”-ün 2021-ci il nəticələrinə görə 2 milyard dollardan çox ticarət dövriyyəsi ilə bu siyahıya daxil olmağı bacarıb.

Ötən il 48-ci yerdə qərarlaşan ASELSAN, bu il bir pillə geriləyərək 49-cu yerə layiq görülüb. Qeyd edək ki, ASELSAN bu il də ilk 50-likdə yer alan yeganə Türk şirkəti olub.

Digər tərəfdən, keçən il siyahıda 68-ci sırada yer alan TUSAŞ bu il siyahıda 67-ci yerə yüksəlib.

Siyahıda Türkiyə üçün ən diqqət çəkən şirkət isə Roketsan olub.

Siyahıya 2019-cu ildə 96-cı yer tutaraq daxil olan, 2020-ci ildə 89-cu yerə yüksələn və 2021-ci ildə siyahıdan çıxan Roketsan bu il 86-cı yerdən yenidən siyahıya daxil olub.

Məlumat üçün bildirək ki, Türkiyənin müdafiə və aerokosmik sənaye sektoru 2020-ci ildə siyahıya daxil olan 7 şirkətlə öz rekordunu qırıb. 2020-ci ildə siyahıda ASELSAN 48, TUSAŞ 53, BMC 89, Roketsan 91, STM 92, FNSS 98 və HAVELSAN 99-cu sırada olub.

Mövzuya görə xəbərlər