Ermənistan silahlı qüvvələrinin təxribatları regionda sülh prosesinə ziyan vurur - Amerikalı ekspertlər

Ermənistan silahlı qüvvələrinin təxribatları regionda sülh prosesinə ziyan vurur - Amerikalı ekspertlər

Ermənistan silahlı qüvvələrinin təxribatları regionda sülh prosesinə ziyan vurur.

Bunu Trend-ə amerikalı ekspert, milli təhlükəsizlik üzrə analitik İrina Tsukerman deyib.

O qeyd edib ki, erməni ordusu üçtərəfli bəyanat qəbul olunduqdan bəri həm Azərbaycanla sərhəddə, həm də Azərbaycan ərazisində rusiyalı sülhməramlıların mövcudluğuna baxmayaraq təxribatlar törətməkdə davam edir.

"Beynəlxalq ictimaiyyət üçtərəfli bəyanatın icra olunması və qoşunların azad edilmiş ərazilərdən tam çıxarılması üzrə öhdəliklərin yerinə yetirilməsinin təmin olunması üçün Ermənistanla münasibətdə hər hansı bir tədbir görməyib. Bu şəkildə fəaliyyət göstərməyə davam etməklə, erməni qoşunları regionda sülh prosesinə ziyan vurur", - deyə ekspert bildirib.

İ.Tsukerman bildirib ki, Ermənistanın addımları sülh müqaviləsinin imzalanmasına yönəlmiş işlərə ziddir.

"Təəssüf ki, Ermənistanın təxribatları Azərbaycanı azad edilmiş ərazilərini bərpa etmək işindən yayındırmağa yönəlib. Ermənistan hərbi birləşmələrinin Azərbaycanın suveren ərazisində mövcudluğunun özü qəbuledilməzdir", - ekspert bildirib.

Amerikalı ekspert Piter Teys öz növbəsində Trend-ə bildirib ki, Ermənistana üçtərəfli bəyanatı tam yerinə yetirməsi və Azərbaycana qarşı silahlı təxribatları dayandırması üçün təzyiq göstərmək lazımdır.