Qarabağda qondarma "seçkilər"in keçirilməsi regional stabilliyi pozur - Piter Teys

Qarabağda qondarma "seçkilər"in keçirilməsi regional stabilliyi pozur - Piter Teys

Bakı. TurkicWorld:

Azərbaycanın suveren ərazisi olan Qarabağda qondarma "seçkilər"in keçirilməsi Azərbaycanın Konstitusiyasının pozulmasıdır.

TurkicWorld xəbər verir ki, bunu amerikalı ekspert, Avrasiyada beynəlxalq münasibətlər və geosiyasət üzrə tədqiqatçı Piter Teys deyib.

"Bu, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır. Azərbaycan ərazisində bu cür qanunsuz fəaliyyətin həyata keçirilməsi narahatlıq doğurur. Belə hərəkətlər sülhü və regional stabilliyi pozur. Beynəlxalq ictimaiyyət konkret tədbirlər görməli və Qarabağda keçirilən bu qondarma "seçkilər"i pisləməlidir", - o deyib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) beynəlxalq ictimaiyyəti qondarma "seçkiləri" qətiyyətlə pisləməyə çağırıb və qeyd edib ki, "qondarma "seçkilər"in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, Ermənistan və onun yaratdığı marionet rejimi, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı addımlar atıb, status-kvonu qoruyub saxlayıb işğalçılıq siyasətini davam etdirirlər, əslində, sülh prosesində maraqlı deyillər, əksinə, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutublar.

Aparıcı beynəlxalq təşkilatlar və dünyanın bir çox ölkələr erməni separatçılarının Xankəndində keçirdiyi qondarma prezident seçkilərini pislədiklərini və tanınmadıqlarını bəyan ediblər.

(Tərcümə: Rəna Əbdürəhmanova)