Son dəqiqə

Azərbaycan Türkiyə Ermənistan Nikol Paşinyan ABŞ TRIPP layihəsi

Ermənistan artıq bu gün Türkiyədən Azərbaycana yük maşınlarının tranzitini təmin etməyə hazırdır - Paşinyan

BAKI,TurkicWorld

Ermənistan bildirib ki, artıq bu gün Marqara və Kornidzor sərhəd keçid məntəqələri vasitəsilə Türkiyədən Azərbaycana və əks istiqamətdə yük maşınlarının tranzitini təmin etməyə hazırdır.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda söz açan Ermənistan baş naziri Nikol Paşinyan, həmin marşrutun artıq istismara hazır olduğunu vurğulayıb.

Paşinyanın eyni zamanda qeyd edib ki, TRIPP layihəsi (Tramp marşrutu) çərçivəsində Ermənistan-ABŞ birgə şirkətinin yaradılması planlaşdırılır.

Erməni mətbuatının yazdığına görə, İrəvan bundan əvvəl Marqara–Yexeqnadzor–Sisian–Gorus istiqamətində də hərəkəti açmağa hazır olduğunu bildirmişdi.

Mövzuya görə xəbərlər