Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Pakistan Zəfər Günü Şahbaz Şərif Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi Burhanəddin Duran

Ərdoğan Azərbaycana gəlir

BAKI, TurklicWorld, Orxan Qədirzadə

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda keçiriləcək rəsmi mərasimdə iştirak etmək üçün Azərbaycana səfər edəcək.

TurklicWorld xəbər verir ki, məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran sosial şəbəkə hesabında yayıb.

Duran bildirib ki, səfər çərçivəsində Prezident Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyev və mərasimdə iştirak edəcək Pakistanın Baş naziri Şahbaz Şərif ilə ikitərəfli, regional və qlobal məsələlər üzrə görüşləri də nəzərdə tutulur.

Qeyd edək ki, Prezident Ərdoğan hər il Azərbaycanda qeyd olunan Zəfər Günü mərasimində iştirak edir və iki ölkə arasında dostluq və müttəfiqlik əlaqələrinin gücləndirilməsinə xüsusi önəm verdiyini vurğulayır.

Mövzuya görə xəbərlər