Son dəqiqə

Milli Məclis BMT Sahibə Qafarova İsveçrə Fuad İsgəndərov Cenevrə Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU)

Sahibə Qafarova Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında iştirak üçün İsveçrəyə gedib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyasında iştirak etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfərə gedib.

Bu barədə TurkicWorld-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Cenevrənin beynəlxalq hava limanında Milli Məclisin sədrini Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, ölkəmizin BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında çıxışı, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Mövzuya görə xəbərlər