Son dəqiqə

Ukrayna Norveç Hava hücumundan müdafiə hava hücumundan müdafiə sistemi Patriot hava hücumundan müdafiə sistemi

Norveç Ukrayna üçün HHM sistemlərinin alınmasına 700 milyon dollara yaxın vəsait ayıracaq

BAKI, TurkicWorld, Səməd Əyyubov

Norveç Ukrayna üçün hava hücumundan müdafiə sistemlərinin alınmasına təxminən 7 milyard kron (695 milyon dollardan çox) ayıracaq.

TurkicWorld xəbər verir ki, bu barədə Norveç hökumətinin yaydığı bəyanatda qeyd olunub.

“Norveç Ukraynanın hava hücumundan müdafiəsi üçün təxminən 7 milyard kron ayırır. HHM sistemləri Almaniyadan tədarük ediləcək” – deyə bəyanatda bildirilib.

Qeyd edək ki, Norveç və Almaniya Ukrayna üçün iki ədəd “Patriot” sistemi və onların sursatlarının alınmasını maliyyələşdirəcək.

Mövzuya görə xəbərlər