Türkiyə Prezidentinin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı narahatlıqları aradan qaldırıla bilər – Ceyk Sullivan

Türkiyə Prezidentinin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı narahatlıqları aradan qaldırıla bilər – Ceyk Sullivan

Bakı. TurkicWorld:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı ifadə etdiyi təhlükəsizlik narahatlıqları aradan qaldırıla bilər, TurkicWorld-un məlumatına görə bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan bildirib.

Onun sözlərinə görə, həm Finlandiya prezidenti, həm də İsveç baş naziri birbaşa prezident Ərdoğanla görüşmək niyyətindədirlər.

"Biz inanırıq ki, Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı prezident Ərdoğan və digər rəsmilər tərəfindən ifadə edilən narahatlıqları müzakirə olunaraq həll edilə bilər” –deyə müşavir vurğulayıb.

Son olaraq Sullivan ABŞ-ın məsələnin həlli üçün birbaşa prezident Ərdoğanla danışmaq fikrində olmadığını və bu məsələnin əslində Türkiyə, Finlandiya və İsveç arasında həll edilməsi lazım olan bir məsələ olduğunu bildirib.

Xatırladaq ki, mayın 13-ü Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsinə müsbət yanaşmadıqlarını ifadə etmişdi.