Son dəqiqə

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya

Rusiyada azərbaycanlılara qarşı zorakılıq – XİN-dən bəyanat

BAKI,TurkicWorld

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla bağlı bəyanat yayıb.

TurkicWorld xəbər verir ki, XİN-in bəyanatında bildirilib:

“27 iyun tarixində səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlığımızı bildiririk.

Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik”.

Mövzuya görə xəbərlər