Son dəqiqə

Azərbaycan Özbəkistan Özbəkistan xarici işlər nazirliyi 28 May- Müstəqillik Günü

Özbəkistan XİN Azərbaycan xalqını təbrik edib

BAKI,TurkicWorld

Özbəkistan Xarici İşlər Nazirliyi Azərbaycan xalqını 28 May Müstəqillik Günü münasibətilə təbrik edib.

TurkicWorld xəbər veirir ki, bu barədə nazirliyin X sosail media hesabında paylaşım olunub.

"Azərbaycan Respublikasını Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirik" - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, 28 May 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunaraq, müsəlman şərqində ilk demokratik respublika quruldu. Cümhuriyyətin baniləri arasında Məhəmməd Əmin Rəsulzadə kimi böyük şəxsiyyətlər yer alıb. Bu gün 28 May — Azərbaycanın dövlət müstəqilliyinin təməl günü olaraq Müstəqillik Günü kimi qeyd olunur.

Mövzuya görə xəbərlər