Son dəqiqə

Rusiya Ukrayna Vladimir Putin Belarus Aleksandr Lukaşenko

Ukrayna tərəfi ilə birbaşa dialoqa Belarus prezidenti sayəsində başlamaq mümkün oldu - Putin

Bakı. TurkicWorld:

Belarus Rusiya ilə Ukrayna arasında danışıqlar çərçivəsində gələcək təmaslar üçün uyğun məkandır.

TurkicWorld-un məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşündən sonra deyib.

"Mən danışıqların bir neçə mərhələsinin təşkilinə görə belaruslu həmkarlara təşəkkür etmək istəyirəm. Ukrayna tərəfi ilə birbaşa dialoqa Belarus prezidenti Aleksandr Lukaşenkonun şəxsi səyləri sayəsində başlamaq mümkün oldu. Hesab edirik ki, Belarus gələcək təmaslar üçün də uyğun məkandır", - deyə V.Putin bildirib.

Mövzuya görə xəbərlər