Son dəqiqə

Pakistan XİN Hindistan

Rəsmi Bakı Hindistan və Pakistan arasında gərginliyin artması ilə bağlı narahatlığını ifadə edib

Bakı, TurkicWorld

Azərbaycan Respublikası Hindistan Respublikası ilə Pakistan İslam Respublikası arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını bildirir.

TurkicWorld xəbər verir ki, bu barədə XİN-in Hindistan və Pakistan arasında gərginliyin artması ilə bağlı bəyanatında deyilir.

"Pakistan İslam Respublikasına qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları pisləyirik. Pakistan xalqı ilə həmrəy olaraq, günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik.

Bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq", - deyə bəyanatda bildirilir.

Mövzuya görə xəbərlər