Son dəqiqə

Türkiyə Fələstin Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisi Fələstinə Dəstək Parlament Qrupu Fələstinə beynəlxalq parlament dəstəyi İstanbulda keçirilən parlament görüşü

Fələstinə Dəstək Qrupu toplantısı başlayıb

BAKI, TurkicWorld

Fələstinə beynəlxalq parlament dəstəyi Türkiyədə rəsmi formatda ilk dəfə təşkil olunub

TurkicWorld xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin təşəbbüsü ilə İstanbulda keçirilən Fələstinə Dəstək Parlament Qrupu toplantısı prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə işə başlayıb.

Conrad otelində baş tutan görüşdə Fələstin, Qətər, BƏƏ, Pakistan, Malayziya, İndoneziya, Seneqal, İordaniya, Bəhreyn, Əlcəzair, Azərbaycan və Misirdən yüksək səviyyəli nümayəndələr iştirak edirlər. Toplantı çərçivəsində parlament rəhbərləri çıxışlar edəcək, ikitərəfli görüşlər keçirəcəklər.

Qeyd edək ki, iclasın sonunda iştirakçı ölkələrin parlamentləri tərəfindən ortaq bəyannamənin qəbul olunması nəzərdə tutulur.

Mövzuya görə xəbərlər