Türkiyənin Azərbaycandakı səfirliyi

Türkiyə səfirliyi Azərbaycana başsağlığı verib

Bakı. TurkicWorld:

Türkiyənin Bakıdakı səfirliyi Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Musazadə Əsgər Nicat oğlunun xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində minaya düşərək həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.

TurkicWorld xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında yazılıb.

“Mərhumun ailəsinin kədərini paylaşırıq. Can Azərbaycan xalqına başsağlığı veririk”, - paylaşımda qeyd edilib.

Mövzuya görə xəbərlər