Son dəqiqə

Türkiyə Cevdet Yılmaz

Türkiyənin vitse-prezidenti Prezident İlham Əliyevi Milli Məclisə keçirilən seçkilərin nəticələri ilə bağlı təbrik edib

Bakı. TurkicWorld

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Prezidenti İlham Əliyevi sentyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin nəticələri ilə bağlı təbrik edib.

TurkicWorld xəbər verir ki, siyasətçi sosial şəbəkədə Azərbaycan liderinə ünvanlanmış təbrikini paylaşıb.

“Yeddinci çağırış Milli Məclisə seçkilərdə qalib gəlmiş Azərbaycan Prezidenti İlham Əliyevi və Yeni Azərbaycan Partiyasını ürəkdən təbrik edirəm. Parlament seçkilərinin 30 ildə ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisində, o cümlədən Qarabağda keçirilməsi faktı sevindirici haldır. Ümid edirəm ki, dünən Milli Məclisə keçirilən seçkilər regionda sülhə və sabitliyə töhfə verəcək, Azərbaycan xalqının və bütün Türk dünyasının rifahına xidmət edəcək”, - deyə yazıda deyilir.

Mövzuya görə xəbərlər