Son dəqiqə

Türkiyə Ermənistan

Türkiyə Təhlükəsizlik Şurasının iclasında Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olunacaq

Bakı,TurkicWorld

Bu gün keçiriləcək Türkiyə Təhlükəsizlik Şurasının iclasında Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olunacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilir ki, iclasın gündəliyində duran prioritet mövzular Türkiyənin sərhəddən terrorla mübarizə əməliyyatları, Suriya ilə normallaşma prosesi və İsrailin Qəzza zolağındakı hərbi əməliyyatları olacaq.

Bundan başqa, Türkiyə Təhlükəsizlik Şurasının bugünkü iclasında Rusiya-Ukrayna müharibəsi, Yunanıstanla münasibətlər kimi digər regional və beynəlxalq məsələlər də müzakirə olunacaq.

Mövzuya görə xəbərlər