Son dəqiqə

Azərbaycan Ermənistan ABŞ Dövlət Departamenti

ABŞ Azərbaycan ilə Ermənistan arasında sülh razılaşmasına nail olmaq üçün fəaliyyətini davam etdirir - Dövlət Departamenti

Bakı. TurkicWorld

ABŞ Azərbaycan və Ermənistan arasında sülh razılaşmasına nail olmaq üçün fəaliyyətini davam etdirir.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı bildirib.

"Azərbaycan və Ermənistan sülh sazişi istiqamətində mühüm irəliləyişlər əldə etməkdə davam edir. Biz bu prosesi dəstəkləməyə sadiqik. Sülh vaxtıdır və biz razılaşma yolunda işləməyə davam edirik", - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri iyulun 10-da NATO-nun 75 illiyinə həsr olunmuş sammit çərçivəsində görüşüblər.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun erməni həmkarı sülh sazişi üzərində işi davam etdirmək barədə razılığa gəliblər.

Tərəflər Azərbaycan və Ermənistanın tarixi sülh sazişinin bağlanması və dövlətlərarası münasibətlərin qurulması istiqamətində əldə etdiyi irəliləyişləri qeyd edib və bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəliblər.

Mövzuya görə xəbərlər