Bakı. TurkicWorld :
Azərbaycanla Qambiya arasında diplomatik viza rejimi ləğv edilir.
TurkicWorld -in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Deputatlar qanun layihəsinin iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.