Bakı. TurkicWorld :
Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayev Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovla görüşüb.
TurkicWorld xəbər verir ki, bu barədə Sankt-Peterburq Administrasiyası məlumat yayıb.
Görüşdə əməkdaşlığın inkişafı və birgə layihələrin icrası müzakirə olunub.
Aleksandr Beqlov Sankt-Peterburq və Azərbaycanın 2024-2028-ci illər üzrə yeni "yol xəritəsi" çərçivəsində birgə fəaliyyəti davam etdirdiyini qeyd edib.
"Qarşılıqlı fəaliyyətimizə hər iki ölkə liderinin sıx təmasları şərait yaradır. Rusiya prezidentinin qeyd etdiyi kimi, Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədə olmaqla bərabərhüquqluluq prinsipi və bir-birinin maraqlarını nəzərə almaqla inkişaf etdirilir", - o deyib.
Şahin Mustafatev də öz növbəsində Peterburq Beynəlxalq İqtisadi Forumunun uzun illər ərzində Azərbaycanın iqtisadi inkişaf məsələlərinin və Peterburqla əməkdaşlığının müzakirəsi üçün mühüm platforma olduğunu qeyd edib.