Azərbaycan Rusiya Şahin Mustafayev Aleksandr Novak İqtisadiyyat

Azərbaycan və Rusiya Baş nazirlərinin müavinləri iqtisadi əlaqələri müzakirə ediblər

BAKI,TurkicWorld

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksandr Novak ilə görüşüb.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüş zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin, xüsusilə ticarət-iqtisadi sahədə, o cümlədən sənaye, energetika, nəqliyyat və logistika sektorları üzrə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Mövzuya görə xəbərlər