Son dəqiqə

Azərbaycan Ermənistan Xarici İşlər Nazirliyi

Beynəlxalq ictimaiyyət Azərbaycanda mina təhlükəsinin aradan qaldırılması üçün səylərini səfərbər etməlidir - XİN

Bakı. TurkicWorld:

Beynəlxalq ictimaiyyət Azərbaycanda mina təhlükəsinin aradan qaldırılması üçün səylərini səfərbər etməlidir.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında qeyd edilib.

"Ermənistanın yerləşdirdiyi minalar işğaldan azad edilmiş ərazilərdə azərbaycanlıları öldürməkdə və əlil etməkdə davam edir. Bu gün işğaldan azad edilmiş Ağdam rayonunun Sırxavənd kəndində minanın partlaması nəticəsində Minatəmizləmə Agentliyinin (ANAMA) 27 yaşlı əməkdaş ağır yaralanıb, ayağı amputasiya edilib.

Geniş səylərə baxmayaraq, Ermənistanın minaların yerlərini əks etdirən dəqiq xəritələri verməkdən imtina etməsi səbəbindən minalardan təmizləmə əməliyyatları bir çox problemlərlə üzləşir", - deyə bildirilib.

Qeyd edək ki, mayın 28-də Ağdam rayonunun işğaldan azad edilmiş Sırxavənd kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1997-ci il təvəllüdlü Yusubov Hasil Eldar oğlunun xidməti vəzifəsini yerinə yetirən zaman mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Mövzuya görə xəbərlər