Son dəqiqə

Azərbaycan Böyük Britaniya Ferqus Old

Britaniya səfiri Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Bakı. TurkicWorld:

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

TurkicWorld xəbər verir ki, səfir bu barədə "X" sosial media hesabındakı videomüraciətdə deyib.

"Bu gün Azərbaycan xalqı ilə birlikdə Azərbaycanın Müstəqillik Gününü qeyd edirik! Bir kərə yüksələn bayraq, bir daha enməz!", - deyə səfir bildirib.

Qeyd edək ki, bu gün Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd edilir.

1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər.

Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu, respublika parlamentli dövlət idi. Onun dövlət atributları - bayrağı, himni, gerbi qəbul edildi. Üçrəngli bayraqda türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və respublika süquta uğradı.

Mövzuya görə xəbərlər