Son dəqiqə

Ermənistan-Azərbaycan

Ermənistan Azərbaycanla danışıqlarda maraqlıdır - Simonyan

Bakı. TurkicWorld:

Ermənistan Azərbaycanla danışıqlarda maraqlıdır.

TurkicWorld xəbər verir ki, bu barədə Ermənistan parlamentin spikeri Alen Simonyan Lüksemburq Deputatlar Palatasının sədri Klod Vayslerlə birgə mətbuat konfransında deyib.

Simonyan sülh sazişi üzrə danışıqlar çərçivəsində dialoqun davam etdiyini bildirib.

Parlament spikeri regionda kommunikasiyaların açılması məsələsinə də toxunub.

"9 noyabr 2020-ci il tarixli bəyanatda əks olunan bütün kommunikasiyaların açılması ideyasına önəm veririk. Ermənistan bu istiqamətdə fəaliyyəti davam etdirir", - o deyib

Mövzuya görə xəbərlər