Bakı, TurkicWorld
ABŞ Azərbaycan və Ermənistanla istənilən formatda işləməyə hazırdır .
TurkicWorld bu barədə şənbə günü xəbər verir.
"ABŞ hökuməti Azərbaycanla Ermənistanın dayanıqlı və əlverişli sülhün əldə olunması istiqamətindəki səylərini dəstəkləyir. Biz hər iki tərəflə onların razılığa gələ və irəliləyişə nail ola biləcəyi istənilən formatda işləməyə hazırıq", - deyə Ermənistan mətbuatına ABŞ Dövlət Departamentindən bildirilib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri iyulun 10-da NATO-nun 75 illiyinə həsr olunmuş sammit çərçivəsində görüşüblər.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və erməni həmkarı sülh sazişi üzərində işi davam etdirmək barədə razılığa gəliblər.
Tərəflər Azərbaycan və Ermənistanın tarixi sülh sazişinin bağlanması və dövlətlərarası münasibətlərin qurulması istiqamətində əldə etdiyi irəliləyişləri və bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəldiklərini qeyd ediblər.