Son dəqiqə

Ermənistan-Azərbaycan

Uzunmüddətli sülh üçün dəstəyə ehtiyacımız var - Simonyan

Bakı. TurkicWorld:

Ermənistan Avropa İttifaqının bir hissəsinə çevrilmək istəyir.

TurkicWorld Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan Latviyaya səfəri zamanı deyib.

"Uzunmüddətli sülhün bərqərar olunması üçün bizə dəstək lazımdır. Bizim qonşularımıza qarşı heç bir ərazi iddiamız yoxdur", - o deyib.

Simonyan bildirib ki, Ermənistanın Aİ-nin tamhüquqlu üzvü olması üçün dəstəyə ehtiyacı var.

Qeyd edək ki, iyunun 26-da Ermənistan Azərbaycandan sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi alıb.

İyunun 4-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, Ermənistan Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə yenidən işlənmiş 9-cu redaksiyasını göndərməklə cavab verib.

Aprelin 8-də isə İrəvan sülh müqaviləsi ilə bağlı Bakının təkliflərinin 8-ci redaksiyasına cavab göndərib.

Xatırladaq ki, Ermənistan bundan əvvəl 2024-cü il yanvarın 4-də sülh müqaviləsinin mətninin öz versiyasını Azərbaycana göndərib. Fevralda Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı əlavə təkliflər alıb. Sülh müqaviləsinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır.

Mövzuya görə xəbərlər