Son dəqiqə

Milli Məclis

MM-də helikopter qəzasında həlak olan İran Prezidenti və digərlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilib

Bakı. TurkicWorld:

Milli Məclisdə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında həlak olmaları ilə bağlı bir dəqiqəlik sükut edilib.

TurkicWorld xatırladır ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.

Mövzuya görə xəbərlər