Son dəqiqə

Milli Məclis Rusiya MDB Sahibə Qafarova

MDB PA-nın Azərbaycanda keçiriləcək parlament seçkilərində müşahidəçilər qrupunun koordinatoru təyin edilib

Bakı, TurkicWorld

MDB Parlamentlərarası Assambleya Şurasının sədri, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun sərəncamı ilə Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin Azərbaycanda keçiriləcək parlament seçkilərində MDB PA-nın müşahidəçilər qrupunun koordinatoru təyin edilib.

TurkicWorld bu barədə MDB PA Katibliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, hazırda MDB PA-ya üzv dövlətlərin parlamentlərinin nümayəndələri, Assambleyanın rəsmiləri və Demokratiyanın inkişafının monitorinqi beynəlxalq institutunun ekspertlərindən ibarət müşahidəçilər qrupu formalaşdırılır.

MDB PA-dan olan beynəlxalq müşahidəçilər seçkilərin monitorinqində Milli Məclisinin sədri Sahibə Qafarovanın dəvəti ilə iştirak edəcəklər.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və növbədənkənar seçkilər sentyabrın 1-nə təyin edilib.

Mövzuya görə xəbərlər