Bakı, TurkicWorld
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə 54 seçki məntəqəsi fəaliyyət göstərəcək.
TurkicWorld-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu məntəqələrdən 34-ü daimi, 20-si isə müvəqqəti, yəni beş günlük məntəqələr olacaq.