Son dəqiqə

İsrail Livan Benyamin Netanyahu seçkilər siyasi böhran Müharibə Moşe Yalon koalisiya hökuməti

Moşe Yalon: Müharibənin uzadılması İsraili təhlükə ilə üz-üzə qoyur

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrailin keçmiş müdafiə naziri Moşe Yalon Baş nazir Benyamin Netanyahunu müharibəni uzatmaqda ittiham edib və bunun ölkə üçün ciddi təhlükələr yaratdığını bildirib.

TurkicWorld xəbər verir ki, Moşe Yaalon İsrailin 12-ci televiziya kanalına müsahibəsində ölkənin hazırkı vəziyyətə görə "Benyamin Netanyahu və hökumətinin yanlış hesablamalarının bədəlini ödədiyini" deyib.

Keçmiş nazirin sözlərinə görə, İsrail hökuməti hələ 2024-cü ilin oktyabr ayından etibarən Livanla danışıqlara başlamalı idi. O bildirib ki, şəxsi və siyasi maraqlar səbəbindən hərbçilər həyatlarını itirməkdə davam edirlər.

Yaalon hesab edir ki, Netanyahu müharibəni özünün ifrat mövqeli koalisiyasını qorumaq məqsədilə uzadır.

O vurğulayıb ki, İsrail seçkilərə doğru yaxınlaşır və mövcud vəziyyət dəyişməzsə, ölkə daha dərin siyasi və təhlükəsizlik böhranı ilə üzləşə bilər.

Keçmiş müdafiə naziri əlavə edib ki, indiki kurs davam edərsə, İsrailin gələcəyi ilə bağlı ciddi suallar yaranacaq.

Mövzuya görə xəbərlər