Qazaxıstan Bakı ilə İrəvan arasında sülhün tezliklə bərqərar olmasında maraqlıdır - Tokayev

Qazaxıstan Bakı ilə İrəvan arasında sülhün tezliklə bərqərar olmasında maraqlıdır - Tokayev

Bakı. TurkicWorld :

Qazaxıstan Bakı ilə İrəvan arasında sülhün tezliklə bərqərar olmasında maraqlıdır.

TurkicWorld xəbər verir ki, bunu Qazaxıstan orezidenti Kasım-Jomart Tokayev Ermənistan mətbuatına müsahibəsində deyib.

"Qazaxıstan bu mövzuya biganə qalmır. Bizə iki dost dövlət arasında sülh müqaviləsinin tezliklə bağlanmasında maraqlıyıq. İrəvanla Bakı arasında davamlı sülhün bərqərar olması ölkəmizin maraqlarına uyğundur", - deyib.

Prezident Tokayev əlavə edib ki, Qazaxıstan sülhməramlı təşəbbüslərin təşəbbüskarı və dəstəkçisi kimi regionumuzun dinc və sabit inkişafına yönəlmiş istənilən səyləri dəstəkləməyə hazırdır.

O, həmçinin vurğulayıb ki, Avrasiyanın nəqliyyat sistemində Cənubi Qafqazın əhəmiyyəti xeyli artıb və buna görə də regionda nəqliyyat marşrutlarının açılması zərurətə çevrilir.

"Nəqliyyat əlaqələrinin tam işləməsi bütün Cənubi Qafqazın iqtisadi inteqrasiyası və regionda sabit sülhün bərqərar olması istiqamətində mühüm addımdır", - dövlət başçısı qeyd edib.