ABŞ Azərbaycan və Ermənistan arasında dialoqun davam etdirilməsini dəstəkləyir - ABŞ Dövlət Departamenti

ABŞ Azərbaycan və Ermənistan arasında dialoqun davam etdirilməsini dəstəkləyir - ABŞ Dövlət Departamenti

Bakı. TurkicWorld:

ABŞ Azərbaycan və Ermənistan arasında dialoqun davam etdirilməsini dəstəkləyir.

TurkicWorld-un məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.

"Biz bu məsələ ilə bağlı davamlı dialoqun tərəfdarıyıq. Biz inanırıq ki, bu, dayanıqlı nizamlanmaya nail olmağın ən yaxşı yoludur və bundan sonra da bunun üçün səy göstərəcəyik ", - deyə o vurğulayıb.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar birbaşa görüşlər yolu ilə aparılır.

2023-cü ilin dekabrında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen bildirmişdi ki, dövlət katibi Entoni Blinken sülh sazişi üzrə danışıqlar aparmaq üçün tezliklə xarici işlər nazirləri Bayramov və Mirzoyanı Vaşinqtonda qəbul etməyə ümid edir.

Daha sonra Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər nazirlərinin növbəti görüşünün yeri və tarixinin hələ razılaşdırılmadığını bildirib.