Son dəqiqə

Azərbaycan Ermənistan

Ermənistan yaxın vaxtlarda Azərbaycanla sərhədlərin delimitasiyası ilə bağlı görüş keçirməyə ümid edir

Bakı. TurkicWorld:

Ermənistan yaxın vaxtlarda Azərbaycanla sərhədlərin delimitasiyası üzrə görüş keçirməyə ümid edir.

TurkicWorld xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib.

"Növbəti görüşün vaxtı ilə bağlı hələlik razılıq yoxdur, amma düşünürəm ki, biz bunu yaxın vaxtlarda təşkil edəcəyik", - o qeyd edib.

Qeyd edək ki, sonuncu dəfə Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası yanvarın 31-də keçirilib. Görüş Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın başçılıq etdiyi nümayəndə heyətləri arasında baş tutub. Bu sayca 6-cı görüş olub.

Mövzuya görə xəbərlər