Mina terrorunun yaratdığı faciələr dünya icitmaiyyətinə təkrar çatdırılmalıdır - Türkiyəli general

Mina terrorunun yaratdığı faciələr dünya icitmaiyyətinə təkrar çatdırılmalıdır - Türkiyəli general

Bakı. TurkicWorld:

Ermənistanın mina terrorunun qarşısının alınması yaxın zamanda mümkün görünmür, çünki dəqiq xəritələri verməkdən imtina edir.

TurkicWorld xəbər verir ki, bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.

O qeyd edib ki, işğal dövründən bəri o ərazilərə döşənən minalar iqlim hava dəyişikliyi səbəbindən yer dəyişirmiş ola bilər.

"Düşünürəm ki, bu illər ərzində mina xəritələri düzgün tərtib olunmayıb. Bu beynəlxalq cinayətdir və Ermənistan bu cinayəti törədib. Başqa bir tərəfdən də Ermənistan bunu sülhə gedən yolda əllərində Azərbaycana qarşı istifadə edəcək bir vasitə olaraq saxlayır.

Vətən Müharibəsindən üç il keçməsinə rəğmən hələ də Ermənistan düzgün mina xəritələrini vermir. Bütün bunlar sübutlarla Beynəlxalq Məhkəməyə təqdim edilib. Bu insanlığa qarşı bir cinayətdir. Mina terrorunun yaratdığı faciələr dünya icitmaiyyətinə təkrar çatdırılmalı və diqqətlər bu məsələyə yönəldilməlidir. Ermənistan həm humanist, həm də hüquqi dəyərlərdən tamamilə uzaq bir dövlətdir", - deyə o, əlavə edib.

Xatırladaq ki, yanvarın 21-də saat Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində Ağcabədi rayon sakini 1980-ci il təvəllüdlü Abışov Faiq Səyyad oğlu ayağından xəsarət alıb. 2020-ci ildən bəri mina partlayışı səbəbindən ölənlərin sayı 342 nəfərə çatıb