Bakı. TurkicWorld:
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycana 20 Yanvarla əlaqədar başsağlığı verib.
TurkicWorld xəbər verir ki, nazirlik bu bardə öz rəsmi X sosial media hesabında paylaşım edib.
"1990-cı il yanvarın 20-də qardaş Azərbaycanda baş vermiş Qara Yanvar kimi tanınan qırğında şəhid olan qardaşlarımızı rəhmətlə yad edirik. “Bir millət, iki dövlət” olaraq bundan sonra da azərbaycanlı qardaşlarımızla birliyimizi davam etdirəcəyik", - deyə paylaşımda qeyd edilib.
Qeyd edək ki, Azərbaycanın şanlı tarixində həm faciəli, həm də qəhrəmanlıq səhifələrindən biri kimi silinməz iz buraxmış 20 Yanvar hadisələrindən 34 il ötür.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya daxil olmuş sovet qoşunları Ermənistanın təcavüzkar siyasətinin keçmiş SSRİ rəhbərliyi tərəfindən açıq dəstəklənməsinə etiraz edən dinc əhaliyə qarşı amansız qırğınlar törətmişdir.
İnsanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə yazılmış bu terror aktı nəticəsində Bakıda və Azərbaycanın bir neçə rayonunda qadınlar, uşaqlar və qocalar da daxil olmaqla 150 nəfər dinc sakin öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz olaraq həbs edilmişdir.