Xurşudbanu Natəvan

Fransa azərbaycanlı şairə Natəvanın abidəsini sökməyə hazırlaşır

Bakı. TurkicWorld:

Hələ 2015-ci ildə Azərbaycanın İsmayıllı şəhəri ilə əməkdaşlıq xartiyası imzalayan Fransanın Evian-le-Ben şəhərinin meriyası azərbaycanlı şairə Natəvanın abidəsini sökməyə hazırlaşır.

TurkicWorld xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Heykəl artıq parça ilə örtülüb.

Qeyd edək ki, abidənin stendlərinin yerləşdiyi “Azərbaycan parkı” adını bildirən bütün lövhələr sökülüb.

Bu vəziyyət Fransa cəmiyyətini bürüyən azərbaycanofobiyanın artıq absurd həddə çatdığını göstərir. Və bu baxımdan Fransa Ermənistana bənzəyir.

Fransa hakimiyyəti baş verənlərə münasibət bildirəcəkmi? Axı onlar Qafqazın mədəni irsi üçün belə narahatdırlar! Yoxsa azərbaycanlıdırsa, onu məhv etmək olar?!

Mövzuya görə xəbərlər