Son dəqiqə

Fransa Xurşudbanu Natəvan

Natəvanın heykəlinə qarşı olan münasibət Fransanın öz şairlərinə, yazıçılarına qarşı münasibətdir - Nəsiman Yaqublu

Bakı. TurkicWorld:

Fransada Azərbaycanın böyük şairəsi Natəvana qarşı olan bu münasibət təkcə xalqımıza qarşı deyil həm də öz dəyərlərinə qarşı münasibətdir.

Bunu TurkicWorld-a açıqlamasında tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu deyib.

"Biz Fransa deyəndə dünyaya böyük dəyərlər vermiş bir dövlət nəzərdə tuturuq. 1920-ci ildə Fransada Versal Sülh Konfransı keçirilib və dünya dövlətlərinin tanınması prosesi olub. Orada Azərbaycan müstəqil dövlət kimi tanınıb.

Ölkəmizi tanıyan dövlətlərdən biri də Fransa olub. 1926-cı ildə Fransada beynəlxalq Promotey təşkilatı yaradılıb. Bu təşkilat əzilən xalqların hüquqları üzərində mübarizə aparıb. İndi Fransa bütün bu dəyərlərin üstündən xətt çəkir, sanki tarixdə bunlar baş verməyib.

Bir qrup erməni lobbisinin əsarəti altında öz dəyərlərini korlayır. Bu, qəbul edilmiş bir faktdır ki, hər hansı xalqa aid olan maddi-mədəniyyət abidəsi bütün bəşəriyyətə aiddir. Natəvanın heykəlinə qarşı olan bu münasibət elə Fransanın öz şairlərinə, yazıçılarına qarşı münasibətdir", - deyə o qeyd edib.

Mövzuya görə xəbərlər