Qazaxıstan və Türkmənistan sərhədlərin hüquqi rəsmiləşdirilməsini başa çatdırır

Qazaxıstan və Türkmənistan sərhədlərin hüquqi rəsmiləşdirilməsini başa çatdırır

Qazaxıstan və Türkmənistan iki ölkə arasında quru və dəniz sərhədlərinin hüquqi rəsmiləşdirilməsini başa çatdırır.

TurkicWorld-un məlumatına görə, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Aşqabadda Türkmənistan prezidenti Qurbanqulı Berdiməhəmmədovla görüşündən sonra deyib.

O bildirib ki, görüş zamanı tərəflər bir sıra vacib sənədlər qəbul edib: "Bu sənədlər arasında Qazaxıstan-Türkmənistan sərhədinin delimitasiyası və Xəzər dənizində balıqçılıq zonalarının ayrılması barədə müqavilə, eləcə də sərhəd rejimi barədə hökumətlərarası saziş xüsusi yer tutur. Beləliklə, biz ölkələrimiz arasında quru və dəniz sərhədlərinin hüquqi rəsmiləşdirilməsini başa çatdırırıq".