Son dəqiqə

Hikmət Hacıyev

Ermənistan anlamalıdır ki, sülhün kökləri Vaşinqton, Brüssel və Parisdə deyil, buradadır - Hikmət Hacıyev

Bakı. TurkicWorld:

Ermənistan anlamalıdır ki, sülhün kökləri, toxumları Vaşinqton, Brüssel və Parisdə deyil, buradadır.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu sülhün irəli aparılması, ciddi nailiyyətlərin əldə edilməsi üçün Ermənistan regionun içinə baxmalı, Azərbaycanla danışıqları davam etdirməlidir.

"Azərbaycanda xoş niyyət var. Ölkəmizin suverenliyi təmin edilib, regionda yeni status-kvo yaranıb və bu status-kvo ədalətə, beynəlxalq hüquqa əsaslanan legitim status-kvodur. Ermənistan Azərbaycan torpaqlarını işğal edərək yaratdığı status-kvonu Ermənistanın dəstəkləyicisi olan Minsk qrupu üzvləri də müdafiə edirdi, bu, haqsız və qəbuledilməz idi".

Xatırladaq ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi bitdikdən sonra Azərbaycana Ermənistana 5 baza prinsipdən ibarət sülh təklifi edib. Ötən dövr ərzində Ermənistan tərəfindən müxtəlif yollarla sülh müqaviləsinin şərtlərinin razılaşdırılması və yekun müavilənin imzalanması yubadılır.

Mövzuya görə xəbərlər