G7 Azərbaycanla Ermənistan arasında davamlı sülhün təşviqini dəstəkləyir

G7 Azərbaycanla Ermənistan arasında davamlı sülhün təşviqini dəstəkləyir

Bakı. TurkicWorld:

"Böyük Yeddilik" (G7) ölkələri Ermənistan və Azərbaycan arasında davamlı sülhün təşviq edilməsini dəstəkləyir.

TurkicWorld xəbər verir ki, bu barədə "Böyük Yeddilik" (G7) ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair birgə bəyanatda deyilir.

"Ermənistan və Azərbaycan arasında güc tətbiq etməmə, suverenliyə hörmət, sərhədin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə əsaslanan davamlı və möhkəm sülhün təşviqinə dəstəyimizi vurğulayırıq", - bəyanatda deyilir.

Qeyd edək ki, "Böyük Yeddilik" (G7) ölkələrinin xarici işlər nazirlərinin görüşü 7-8 noyabr tarixlərində Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilib. Yaponiyanın xarici işlər naziri Yoko Kamikavanın sədrlik etdiyi görüşdə ABŞ, Kanada, Almaniya, İtaliya, İngiltərə və Fransanın xarici işlər nazirləri iştirak edib.