Son dəqiqə

Kasım-Jomart Tokayev Türk dövlətləri

Türk dövlətləri təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirməlidir - Qazaxıstan Prezidenti

Bakı. TurkicWorld:

Türk dövlətləri təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirməlidir.

TurkicWorld xəbər verir ki, bunu Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Astanada keçirilən 10-cu Zirvə Toplantısında əsas məruzə ilə çıxışında deyib.

"Dünyada qeyri-sabit vəziyyət qalmaqdadır. Beynəlxalq vəziyyət səbatsız olaraq qalır. Hazırkı narahat vəziyyətdə türk xalqlarının birliyini möhkəmləndirmək çox vacibdir. Bu, ümumi təhlükəsizliyimizin etibarlı təminatıdır. Silah və narkotik ticarəti, terrorizm, ekstremizm, miqrasiya ilə əlaqəli çağırışlar artmaqdadır. Bu kimi təhdidlərin qarşısını almaq üçün təhlükəsizlik sahəsində əməkdaşlıq möhkəmləndirilməlidir", - deyə o qeyd edib.

Tokayev gələn il Astanada Təhlükəsizlik Şurasının baş katiblərinin üçüncü görüşünü keçirməyi təklif edib.

"Cinayətkarlıqla birgə mübarizə və türk dövlətlərinin maliyyə tədqiqat orqanları arasında məlumat mübadiləsinə dair sazişin imzalanması vacibdir", - deyə Tokayev əlavə edib.

Mövzuya görə xəbərlər