Son dəqiqə

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan ordusu Qeyri-qanuni erməni silahlı dəstələri

Ermənilər mövqelərimiz qarşısında səngər qazmağa cəhd edib - MN

Bakı. TurkicWorld:

Sentyabrın 16-sı saat 13:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər.

TurkicWorld xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Mövzuya görə xəbərlər