Son dəqiqə

Azərbaycan Qızıl Aypara Cəmiyyəti

AzQAC-ın Xankəndiyə göndərmək istədiyi ərzaq yükünün dayandığı Ağdam Xankəndi avtomobil yoluna elektrik enerjisi verilib

Bakı. TurkicWorld:

TurkicWorld-un Qarabağ bürosu xəbər verir ki, uzunluğu 1500 metr olan elektrik xətti çəkilməsi işi başa çatıb.

110/35/10 Kv-luq Ağdam-2 yarımstansiyasından çəkilən elektrik xətti hazırda Ağdam-Əsgəran-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərmək istədiyi ərzaq yüklərinin dayandığı əraziyə çəkilib.

Qeyd edək ki, ərazi artıq elektrik enerjisi ilə təmin edilib.

Mövzuya görə xəbərlər