Son dəqiqə

Azərbaycan Türkiyə Türk Qızılay Cəmiyyəti Azərbaycan Qızıl Aypara Cəmiyyəti

Türkiyə Qızıl Aypara Cəmiyyəti Azərbaycanın Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlığı genişləndirəcək

Bakı. TurkicWorld:

Türkiyə Qızıl Aypara Cəmiyyəti Azərbaycanın Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlığı genişləndirəcək.

TurkicWorld-un məlumatına görə, Türkiyə Qızıl Aypara Cəmiyyətinin sədri Fatma Meriç Yılmaz, Bakıda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslanov ilə görüşüb.

Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən Yılmaz qeyd edib ki, Türkiyə və Azərbaycanın istər çətin gündə, istərsə də yaxşı gündə hər zaman bir-birinin yanındadır.

"Fevralın 6-da baş verən Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Azərbaycanda başladılan böyük yardım səfərbərliyi, Azərbaycanın bir daha bizim tərəfimizdə olduğunu hiss etdirdi. Yolumuz, istiqamətimiz eynidir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bizim üçün yeri çox fərqlidir. Biz onları özümüzdən ayrı görmürük. Əməkdaşlığımızı artıraraq işimizi dayandırdığımız yerdən, sürəti azaltmadan davam etdiririk",- deyə Fatma Meriç Yılmaz bildirib.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri Aslanov da Azərbaycan torpaqlarının işğalı zamanı Türk Qızıl Aypara Cəmiyyətinin göstərdiyi yardımlara diqqət çəkərək, əlavə edib ki, biz bu yaxşılığı və yardımı heç vaxt unutmayacağıq. Türk Qızıl Aypara Cəmiyyətinin qurduğu çadır şəhərciyində yüzlərlə insan yaşayıb.

"Türk Qızıl Aypara Cəmiyyəti nümunəvi bir təşkilatdır, heç bir ayrı-seçkilik etmədən insanlara kömək edir. Fələstin xalqına humanitar yardım göndərdiyiniz barədə məlumat aldıq",- deyə Novruz Aslanov vurğulayıb.

Azərbaycan Qızılaypara Cəmiyyətinin sədri bildirib ki, Azərbaycan Türkiyə ilə birliyə böyük əhəmiyyət verir. Bu bizim üçün müqəddəs bir amildir. Əminəm ki, türk birliyi daha da böyüyəcək və güclənəcək.

Mövzuya görə xəbərlər