Bakı. TurkicWorld:
Bütün müvafiq danışıqlar aparılıb hələki cavab yoxdur. Ərzaq yüklü avtomobillərdə burdadır.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev deyib.
"Bura gəlməkdə məqsədimiz, Xankəndidə yaşayan erməniəsilli sakinlərə, 40 ton unu çatdırmaqdır. Biz Qızıl Aypara Cəmiyyəti olaraq burdayıq. Halhazırda gözləyirik. Bu və ya digər şəkildə keçid üçün tam hazırıq. Gəlmək məqsədimiz odur ki, Xankəndidə yaşayan erməniəsilli sakinlərə, 40 ton unu çatdıraq. Çatdırılana qədərdə burda gözləyəciyik. Əgər keçid baş tutarsa biz orda insanlar arasında bir sorğu qiymətlındirmə aparmalıyıq ki, ehtiyacları müəyyən edək. Ehtiyacları müəyyən etdikdən sonra növbəti mərhələdə ərzaq, qeyri-ərzaq və ehtiyac nəyədirsə biz onu planlama aparıb yardım etməyə hazırlaşacıyıq. Qızıl Aypara Cəmiyyəti buna tam hazırdır", - deyə Ceyhun Mirzəyev bildirib.