Azərbaycan Özbəkistan Özəl Şavkat Mirziyoyev Musa Quliyev

Azərbaycan-Özbəkistan əlaqələri artan xətt üzrə inkişaf edir – Musa Quliyev (ÖZƏL)

Bakı. TurkicWorld:

Azərbaycan-Özbəkistan əlaqələri artan xətt üzrə inkişaf edir.

Bu fikirləri TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

“Xüsusilə, Şavkat Mirziyoyevin yenidən Özbəkistan Prezidenti seçilməsindən sonra bu tərəqqini əyani surətdə görürük. Ş.Mirziyoyevin ilk dövlət səfərini Azərbaycana etməsi və bir sıra vacib görüşlərin keçirilməsi, yeni əməkdaşlıqların qurulması, həmçinin, işğaldan azad edilən ərazilərimizə səfərlər bizim dostluq əlaqələrimizin yüksək strateji mövqedə olduğunu göstərir”, - deyə millət vəkili vurğulayıb.

M.Quliyev hesab edir ki, Özbəkistan son illərdə sürətlə iqtisadi və siyasi cəhətdən inkişaf edən nüfuzlu dövlətdir.

“Özbəkistan Azərbaycanı hər zaman bütün platformalarda dəstəkləyib və 30 il ərzində torpaqlarımızın işğal altında olduğu zamanda Ermənistanla heç bir əlaqə qurmayan nadir dövlətlərdəndir. Özbəkistanla bundan sonra da iqtisadi, sosial, mədəni, humanitar və siyasi əlaqələrimiz daha da yüksək səviyyəyə çatdırılacaq”, - deyə o qeyd edib.

Qeyd edək ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev prezident seçildikdən sonra ilk dövlət səfərini 22 avqust tarixində Azərbaycana edib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər