Türkmənistan Türk Şurasının tamhüquqlu üzvü olacaq

Türkmənistan Türk Şurasının tamhüquqlu üzvü olacaq

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının gələn ay baş tutacaq Zirvə görüşündə Türkmənistan Türk Şurasına tamhüquqlu üzv olacaq.

TurkicWorld xəbər verir ki, bu barədə AKP sədrinin müavini Binəli Yıldırım Əhməd Yəsəvi Beynəlxalq Qazax-Türk Dövlət Universitetində 2021-2022-ci tədris ilinin açılış mərasimində məlumat verib.

O bildirib ki, 6 dövlət – Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan Türk Şurasının tamhüquqlu üzvü hesab ediləcək.

Qeyd edək ki, Türkmənistan Türk Şurasına müşahidəçi üzvdür.