Son dəqiqə

Prezident İlham Əliyev BakuBus

“BakuBus” Müşahidə Şurasının tərkibində dəyişiklik edildi

Bakı. TurkicWorld:

"BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibində "Elnur Əliyev – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini" əvəzinə "Rəhman Hümmətov – Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini" əlavə olunub.

Mövzuya görə xəbərlər