Binəli Yıldırım Şuşaya səfər edəcək

Binəli Yıldırım Şuşaya səfər edəcək

Bakı. TurkicWorld:

Türkiyənin yeni Nazirlər Kabinetində Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini kimi yer alan Binəli Yıldırım Şuşaya səfər edəcək.

TurkicWorld xəbər verir ki, o, bu barədə bu gün Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib.

B.Yıldırım Azərbaycanda olduğu müddətdə nümayəndə heyəti ilə birlikdə Şuşaya gedəcəyini və orada aparılan genişmiqyaslı tikinti-quruculuq işləri ilə yerində tanış olacağını qeyd edib.